10 Yanvar 2023 17:17
3 360![]()
“Erməni dini icmalarını Allaha ibadət missiyasından kənara çıxmaqda ittiham edən baş keşiş öz çıxış və yazılarında onları ifşa edirdi. Hətta “Dadjar” jurnalı onun düşüncələrini çap etmişdi. Baş keşiş yazırdı: “Erməni dini icmaları uzun illərdən bəri millətçi partiyaların inqilab ocaqları olmuş və ən şeytani proqramlar burada hazırlanı”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında tədqiqatçı Anar Turan deyib: “Dini mərkəzlər, silah anbarı və sui-qəsd mərkəzi rolunu oynamışdır. Dini liderlər söz və yazı ilə, özlərinə inanmış xalqı üsyana (türklərə qarşı – A.Turan) sövq etmişlər. Artıq moizələrdə uca sözlər və İncilin doktrinaları zikr edilmirdi. Sədaqət və doğruluq yerinə üsyan, insanlıq yerinə kin və qisas, əxlaq yerinə alçaqlıq və rəzillik dilə gətirilirdi… Dini liderlər, erməni terror təşkilatlarının, partiyaların keçirdikləri bayram və toplantılara rəhbərlik edirdi. Baş keşinin türklər haqqında qərəzdən uzaq, həqiqəti ehtiva etdiyi fikirləri 1917-ci ildə İstanbulda nəşr edilir. Təqiblərdən yaxa qurtarmaq üçün 1922-ci ildə ABŞ-a köçən din xadimi orada da erməni diasporunun aqressiv kəsimi tərəfindən təhdid olunur. Fikirlərindən dönməyən və erməni dini mərkəzlərin din-mənəviyyat məsələlərini kənara qoyaraq, yalnız ideoloji mərkəz rolunu oynadığını dilə gətirən Gevond Turyan 1933-cü ilin dekabrın 24-də erməni ayinlərini idarə etmək üçün Nyu-Yorka gəlib. Elə həmin gün daşnak terrorçular tərəfindən qondarma erməni mübarizəsinə “xəyanət” etdiyi üçün qətlə yetirilib. Bax, budur erməni millətçi hərəkatının iç üzü. Terror, qonşu xalqlara qarşı soyqırımı törətmək, etnik təmizləmə və s. Bunlar insanlığın düşmənidilər. Ermənilərə düzgün yol göstərən, onları işıqlı sabaha çıxarmaq istəyən nüfuzlu din xadiminin aqibəti də belə acınacaqlı olub. Ən azı, 100 ildir ki, erməni xalqının taleyi həm bədnam “ziyalıları”nın, həm də kilsə xadimlərinin əlində oyuncağa çevrilib, erməni xalqı paranoyaya sürüklənib. Bu taleyi, bu qədəri dəyişdirmək istəyən, xülyalarla reallıqları ayıra bilən Gevond Turyan kimi mürtərəqqi düşüncəli insanlar isə bax belə aradan götürülüb. Ona görə də erməni cəmiyyəti ilk öncə qonşu xalqlara, xüsusilə türklərə qarşı revanşist tribunlardan, siyasətçilərdən, din xadimlərindən uzaq dayanmalı, onları ifşa etməlidirlər. Əks halda ermənilər üçün Qafqazda nicat heç zaman olmayacaq!”.
Əli