“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
31 Yanvar 2023 16:04
1 925
“İrana casusluq edənlərin arxasında dayananları da həbs etmək lazımdır”
Bunu “Xalq Cəbhəsi”nə ALDP sədri Fuad Əliyev bu gün DİN tərəfindən Bakıda İranın casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyata münasibətində deyib.
Partiya sədrinin fikrincə, media sahəsində İranın casuslarının az olmadığı şübhəsizdir: “Buna təkcə dövlət oraqanları deyil, cəmiyyət də nəzarət etməldir. Mənə elə gəlir ki, elə media sahəsində kimin İran adlanan ölkə ilə sıx əlaqədə olduğunu bilənlər var, amma susurlar. Susmaq lazım deyil, onları ifşa etməliyik, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və ya o ölkənin maliyyəsi ilə informasiya subyekti işlədənlərin hamısı qandallanmalıdr. Biz bu kimi məsələlərdə həmrəylik nümayiş etdirməliyik”.
Xatırladaq ki, rəsmi məlumata görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Cavid
30 Dekabr 2025 16:21
1 792
30 Dekabr 2025 16:19
1 813
30 Dekabr 2025 14:53
1 904