"Xankəndidəki separatçılar yenə çaşdılar" Siyasət

"Xankəndidəki separatçılar yenə çaşdılar"

Dünən Almaniya lideri Şoltsun Qarabağın müstəqilliyi ilə bağlı bəyanatını bu gun separatçı xarici işlər başçısı dəstəkləyib.
Fikrimcə, Almaniya səfiri ilə konsultasiya aparmaq lazımdır.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Onun fikrincə, ümumiyyətlə, Fransanın yanında yer almaması üçün Berlin ilə təmaslar vacibdir.
Bu arada, qondarma qurumun üzvləri Azərbaycan tərəfi ilə görüşlərində siyasi məsələlərin yalnız beynəlxalq aktorların iştirakı ilə iki bərabər tərəf kimi aparılacağı təqdirdə mümkün olacağını qeyd edirlər:
"Bu zavallılar erməni xəstəliyindən əziyyət çəkirlər. Yenə də biriləri onları arxayınsalıb. Elə bilirlər, Rusiya, Fransa, Almaniya, ABŞ, İran bunlara görə Azərbaycan ordusunun qarşısına çıxacaq.
Bu arada, Bakıda Qərbi Azərbaycanla bağlı hərtərəfli, sistemli işlərə start verilib. Ermənilər Üçkilsə ətrafına qayıtmalıdırlar.
Şuşa Qarabağın gözüdürsə, Göyçə də Qərbi Azərbaycanın gözüdür. Separatçılar da, İrəvandakı siyasətbazlar da vaxtı gələndə gözlərini açanda ətraflarında azərbaycanlıları görəcəklər".

Cavid