İşğalçıya sarsıdıcı zərbə Siyasət

İşğalçıya sarsıdıcı zərbə

Düşmənin 170 hərbçisi və 12 zirehli texnikası məhv edildi

Müdafiə Nazirliyi: Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub, qaçır

Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusunun təxribatlarına düşməni sarsıdan əməliyyatlarla cavab verir.
Azərbaycan Müdafiə Nazirliyinin həyata keçirdiyi cavab tədbirləri nətocəsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Dünən erməni silahlı bölmələri Xocavənd - Füzuliistiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstərib.
Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks-hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.
Aprelin 4-də saat 14-dən 17-dək olan zaman kəsiyi ərzində Azərbaycan hərbi birləşmələrinin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamalarda qeyd olunur ki, Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir".