Laçın yolunda ekoloji terrora qarşı aksiya keçirilir, amma beynəlxalq təşkilatların heç biri buna reaksiya vermir - Novella Cəfəroğlu Siyasət

Laçın yolunda ekoloji terrora qarşı aksiya keçirilir, amma beynəlxalq təşkilatların heç biri buna reaksiya vermir - Novella Cəfəroğlu

Laçın-Xankəndi yolunda uzun müddətdir ekoloji terrora qarşı aksiya keçirilir, amma beynəlxalq təşkilatların heç biri buna reaksiya vermir.

Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabaı tədbirində deyib.

"Naxçıvanda 1 milyon 500 min insan Azərbaycanın digər ərazilərinə keçə bilmir, blokada şəraitindədir. Zəngəzur dəhlizinin açılmasına həm Ermənistan, həm də İran qarşı çıxır, amma heç bir beynəlxalq təşkilat belə buna etiraz etmir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan 30 ildən artıq blokadada qalsa da, bu gün Zəngəzur dəhlizinin açılmasına mane olurlar.

"Ermənistan və İran bu günə qədər də buna mane olmağa çalışırlar. Laçın yolundakı ermənilərin biabırçılığına heç bir beynəlxalq təşkilat əhəmiyyət vermir", - deyə o, əlavə edib.

Xatırladaq ki, Azərbaycan Hüquqmüdafiə Təşkilatlarının Monitorinq Qrupu “Ermənistan: Demokratiya və İnsan hüquqları (2018-2023)” hesabat sənədi hazırlayıblar.