Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik müzakirə edildi
Yaşar Gülər: "Birliyin Gücü-2026” birgə hərbi təlimi mükəmməl şəkildə icra olundu
Zakir Həsənov: Birgə təlimlər sülh və sabitliyin təmin olunmasına töhfə verir
Azərbaycan, Rusiya və Çin hərbi prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib
1 Aprel 2023 16:08
3 675
Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil edilmir.