“Azərbaycanın qazandığı tarixi qələbə ilə həm BMT qətnamələrini icra edib”-Adil Əliyev Siyasət

“Azərbaycanın qazandığı tarixi qələbə ilə həm BMT qətnamələrini icra edib”-Adil Əliyev

“Konstitusiyalarda nəzərdə tutulmuş normalar bəzi hallarda xarici dövlətlər tərəfindən kobud şəkildə pozuldur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunuMilli Məclisin sədr müavini Adil Əliyev Pakistanda keçirilən beynəlxalq konfransda “Dəyişən dünyada Konstitusiyalar – sabitliyin və uyğunluğun balanslaşdırılması” mövzusunda çıxışı zamanı deyib.
Vitse-spiker Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarını işğalda saxlamasını buna nümunə olaraq göstərib. Bildirib ki, işğal dövründə 1 milyondan artıq Azərbaycan vətəndaşı evlərindən qovulub, 30 il məcburi köçkün kimi yaşamağa məcbur olub. Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı ölkəmizin suverenliyi, ərazi bütövlüyü ilə bərabər, həm də vətəndaşlarımızın yaşamaq, mülkiyyət, özlərinə sərbəst yaşayış yeri seçmək kimi təməl hüquqlarını kobud şəkildə pozduğunu bildirərək, 30 il müddətində Azərbaycan vətəndaşlarının bu hüquqlarından məhrum edildiyini bildirib. Sədr müavini daha sonra 2020-ci ildə Azərbaycanın qazandığı tarixi qələbə ilə həm BMT-nin qətnamələrinin icra edildiyini, həm də ölkəmizin beynəlxalq hüquqda və öz Konstitusiyasında nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının, ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini qeyd edib.