27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
17 May 2023 13:52
2 107
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirib.
Dövlət başçısı, Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib.
Prezident İlham Əliyev, Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.
27 Dekabr 13:18
3 815
26 Dekabr 22:15
2 317
26 Dekabr 19:14
2 373