18 May 2023 10:42
2 940
Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib.
Trend-in məlumatına görə, bu barədə səfirlik tvitter hesabında qeyd edilib.
Seçkilərinin ikinci turu üçün səfirlikdə səsəvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq - deyə paylaşımda bildirilib.
Qeyd edək ki,Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq.
13:38
1 085
13:09
1 218
10:42
1 253