 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 25 May  2023 13:30
25 May  2023 13:30 1 715
1 715
Minanı 1 dollara belə hazırlamaq mümkündür, lakin onun təhlükəsiz şəkildə təmizlənməsi minlərlə dollara başa gəlir.
Bunu Ağdamda keçirilən ikinci "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva deyib.
O, qeyd edib ki, insanların həyatına, sağlamlığına və rifahına təhdidlər törədən mina problemi hazırda 60-dan çox ölkədə mövcuddur və bu problemdən ən çox qadınlar və uşaqlar əziyyət çəkirlər.
Vladanka Andreyeva əlavə edib ki, təkcə 2022-ci ildə bu təhlükəli qurğuların partlaması nəticəsində 5 544 nəfər həlak olub və ya əlil olub. O, Azərbaycanla bağlı vəziyyətin olduqca məyusedici olduğunu vurğulayıb: “1991-ci ildən bəri 358 uşaq və 38 qadın olmaqla ümumilikdə 3 377 nəfər minaların faciəvi şəkildə qurbanı olub. Sadəcə son iki il ərzində 55 nəfər dəyərli həyat itirilib, əlavə olaraq 244 nəfər ağır yaralanıb”.
Vladanka Andreyeva bildirib ki, Azərbaycanda minalarla çirkləndirilmiş ərazilərin bir neçə min kvadrat kilometrə qədər yayılması bu problemin həllinin aktuallığını açıq şəkildə göstərir
“Bu ərazilər minalardan təmizlənənədək qaçqın və məcburi köçkünlərin geri qayıtması mümkünsüz olaraq qalacaq. Əlavə olaraq, (minalar) zəruri infrastrukturun tikilməsinə, yolların çəkilməsinə və əkin sahələrinin istifadəsinə mane olacaq”, - Vladanka Andreyeva deyib.
 30 Oktyabr 18:54
30 Oktyabr 18:54 1 169
1 169 30 Oktyabr 18:42
30 Oktyabr 18:42 1 568
1 568 30 Oktyabr 17:24
30 Oktyabr 17:24 1 358
1 358 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    