SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
26 May 2023 18:14
2 408
Ermənistan Baş naziri Nikol Paşinyan sülhdən boyun qaçırır, sülhü təhdid altında qoyur və əldə olunan razılaşmaların icrası istiqmətində prosesləri yubadır.
Bu barədə Trend-ə açıqlamasında politoloq İlyas Hüsyenov bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Avrasiya İqtisadi Şurası iclasında iştirakı Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub. Tədbir çərçivəsində Cənubi Qafqazda sülhün, sabitliyin yaradılması istiqmaətində müzakirələr keçirildi. Təəssüflər olsun ki, Ermənistan baş naziir Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi səbəbindən hər hansısa razılıq əldə olunmadı lakin görüşdən əvvəl ehtimal olunurdu ki, bir sıra məsələlərdə mövqelər yaxınlaşcaq.
Paşinyan sülhdən boyun qaçırır, sülhü təhdid altında qoyur və əldə olunan razılaşmaların icrası istiqmaətində prosesləri yubadır. Baxmayaraq ki, mayın 14-də Brüsseldə keçirilən görüşdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi Ermənistan tərəfindən qəbul edilib. Bu gün isə bir sıra ittiham xarakterli bəyənatlar səsləndirilir", - deyə o əlavə edib.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin çəkilməsi heç də Ermənistanın ərazi bütövlüyənə qəsd deyil.
"Azərbaycan heç bir dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmaq niyyətində deyil. Digət rəfədən Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququ, legitim haqqıdır. Moskva görüşü də məhz bu cür Azərbaycan reallıqlarını və prisnpial mövqeyinin siyasi iradəsinin nümayişi kimi yadda qaldı. Düşünürəm ki, Moskva görüşündən səmərəli nəticə əldə olnumasa da Azərbaycan bir daha öz qətiyyətli mövqeyini bəyan etdi", - deyə İ.Hüseynov bildirib.
3 Aprel 20:45
1 036
3 Aprel 17:42
1 057
3 Aprel 16:42
1 141