"Konfransın məqsədi mina probleminin miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır" Siyasət

"Konfransın məqsədi mina probleminin miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır"

"Füzuli və Zəngilanda 92 min mina xəritələrinin əldə olunması həm də dünyaya erməni faşizminin necə murdar olduğunu bir daha nümayiş etdirir". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. T.İsmayılov bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilanın ən çox minalanmış ərazilər olmasını da unutmayaq: "Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə həyata keçirilməsi, Füzulinin strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsi də mina xəritələrinin nə qədər zəruri olduğunu sübut edirdi. Lakin Ermənistan saxta mina xəritələri ilə faşist mahiyyətini ifşa edir. - ANAMA və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransın əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır.
Konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır.
Konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək.
Azərbaycanın ev sahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir".

Əli