"Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur" Siyasət

"Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur"

"Kişniyovda keçirilən görüş nəticəsinin necə olmasından asılı olmayaraq faktın mövcudluğu baxımından əhəmiyyətlidir. Hər şeydən əvvəl, bu görüşdə Şarl Mişelin söylədiyi kimi iki ölkə arasında elmitasiya və sülh sazişi məsələləri müzakirə edilib. Görüş Şarl Mişelin maderatırlığı ilə vasitəçiliyi ilə Cənab Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirildi. Fransa Prezidenti Emmanuel Makron görüşlərə can atsada Cənab Prezidentimiz İlham Əliyev bildirmişdir ki, onun olacağı bir görüşdə iştirak etmiyəcək". Bunu "Xalq Cəbhəsi"nə millət vəkili Musa Qasımlı deyib. Onun fikrincə, Kişinyovdakı görüşdə Almaniyanın Federal Kansleri Olaf Şoltsın iştirakı göstərdi ki, format məsələsində də Cənab Prezidentimizin diqtə etdiyi oldu. Həm Makron həm də Şolts o görüşə sonradan seyirçi müşahidəçi kimi qatıldılar:
"Təbiidi ki, Kişinyovda bir sənədin imzalanması gözlənilmirdi. Bu qeyri-rəsmi görüş idi. Düşünürəm ki, əsas məsələlər Vaşinqtonda müzakirələr zamanı həllini tapa bilər, amma gizlətmək lazım deyil ki, bu gün bəzi ölkələr Cənubi Qafqazda nüfuz savaşı aparırlar və Ermənistanın da bu məsələlərdən də boyun qaçırması onunla bağlıdır. Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü 86,600 km² ilə birlikdə tanıması müsbətdir. Bu həm Ermənistanı müdfafiə edənlərə bir mesajdır, onlar bundan sonra Ermənistanın aventuralarını əvvəlki kimi müdafiə etməyəcəklər. İkincisi erməni ictimai rəyinə bir işarədir. Və nəhayət seperatçılara İrəvanın mövqeyinin bəyan edilməsidir, amma Paşinyanın bu fikirlərindən sonra ondan soruşulacaq ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağın beynəlxalq hüquqa tamamilə uyğundur, düzgündür. Onda qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərində nə gəzir?! Bunu oradan çıxarmalısan. Və Ermənistan çıxarmayanda artıq Azərbaycanın anti-terror əməliyyatını aparmağa tam haqqı çatacaq. Düşünürəm ki, Ermənistan dalana dirənib. Amerika Birləşmiş Ştatlarından Cənab Prezidentimizə ünvanlanan məktubda göstərir ki, artıq Cənab Prezidentimizin Laçında dediyi kimi onların kitabı bağlanıb, Miatsum kitabı bağlanıb. Söhbət amnistiyadan gedə bilər. Amnistiya isə bəlli olduğu kimi dövlət hakimiyyətinin suveren hüquqları olduğu ərazidə öz vətənindaşlarına tətbiq olunur".
Millət vəkili onu da bildirib ki, deməli, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Başqa bir yol müharibədir. Müharibəni aparmağa Ermənistanın gücü yoxdur. Digər dövlətlərdə gəlib onun üçün döyüşməyəcəklər, vəsait və silah da verməyəcəklər: "Ermənistan Qarabağda yaşayan azsaylı erməniləri girovuna çevirməməlidir. Onların gələcəyi Bakı ilə bağlıdır. Və sülhməramlı adı altında olanlar da özlərinin vəziyyətlərini qorumağdan ötrü ermənilərdən sui-istifadə etməməlidirlər. Ermənistan sülh müqaviləsini imzalamasa özünə ziyan olacaq, çünki Azərbaycan şərti sərhədlərdə oturub, sərhəd qoşunlarını, milli ordunu yerləşdirib və Cənab Prezidentimizin də Laçında söylədiyi kimi Ermənistanın kəndləri aydın görünür".

Əli