KOB, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb
“Belə platformalar hərbi-texniki əməkdaşlığın inkişafına imkan yaradır”
Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
AQEM-in Baş katibi: Media forumu anlaşmaya aparan körpülərin qurulmasına xidmət edir
8 İyun 2023 17:39
2 982
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz nəqliyyat marşrutlarında mühüm halqa olaraq çıxış edir.
Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçirilən iclasında deyib.
"Tərəfdaşlarımızla birlikdə bu dəhlizlərin tam ötürücülük gücü ilə çalışmasını təmin etmək üçün praktik işlər görürük. Nəqliyyat infrastrukturunun inkişafına mühüm vəsait ayırmışıq. Son 20 il ərzində Azərbaycanda avtomobil və dəmir yolları inşa olunmuş və əsaslı təmir edilmişdir", - o deyib.
Ə.Əsədov bu gün Azərbaycanın işğaldan azad olunmuş Qarabağda şaxələndirilmiş avtomobil və dəmir yolu şəbəkəsinin yaradılmasına investisiya qoyduğunu və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirməkdə olduğunu qeyd edib.
"Laçında Beynəlxalq Hava Limanının inşası yüksək sürətlə davam etdirilir. Hava limanı 2025-ci ildə artıq istismara veriləcək. Bakı limanının ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tonadək artırılması üzrə işlər davam edir. Bütün bu tədbirlər daşımaların artmaqda olan həcmini mənimsəmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək",- deyə Baş nazir əlavə edib.
10:53
490
10:52
343
10:50
329