İranda rejimi niyə dəyişmək mümkün olmur - repressiya qorxusu, yoxsa Qərb hələ istəmir? Siyasət
İran faktiki olaraq hazırda dünyaya meydan oxuyur, yaxud belə bir görüntü yaradır. Qərbin, Avropanın sanksiyaları, habelə iqtisadi-sosial problemlər içərisində çabalayan İran eyni zamanda İsrailə, ABŞ-a, o cümlədən qonşularına, xüsusilə Azərbaycana qarşı mənasız və xain təhdidlər yağdırır.
Bir neçə ay öncə İranda kütləvi etiraz aksiyaları başlayanda belə rəylər var idi ki, proses daha da genişlənəcək və artıq İranda rejim dəyişikliyindən danışılırdı.
Lakin aksiyalar tədricən səngidi, güclü repressiyalarla yadda qaldı. Həmçinin belə bir görüntü də yarandı ki, Qərb İranda etirazçılara real dəstək vermədi. Maraqlıdır, İrandakı belə qəddar, terror mahiyyətli rejimi niyə dəyişmək mümkün olmur? Xalq nə qədər bezmiş halda olsa da, molla rejiminin amansız repressiyalarından qorxur, yoxsa dünyanın müəyyən gücləri - Qərb hələlik hansısa səbəblərdən İranda rejim dəyişikliyi istəmir? Ekspertlər daha çox hansı versiyanın üzərində dayanır və bundan sonra İranda nələrəin baş verəcəyini proqnozlaşdırırlar?
Ağamalının 2 müavini-FİKRƏT YUSİFOV VƏ ARZUMAN ABDULKƏRİMOV SEÇKİDƏN ÇƏKİLDİ – YENİLƏNİB – EtikXəbər
Fikrət Yusifov: “İranda etirazların ən qızğın vaxtında...”
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov burada daha çox Qərb dünyasının etinasız siyasətinə diqqət ayırdı: “Prezident Co Bayden hələ keçən ilin noyabr ayının əvvəlində İranda başlamış etiraz hərəkatı ilə bağlı çıxışlarının birində belə demişdi: "Amerika Birləşmiş Ştatları İranı azad etmək niyyətindədir, ancaq bu ölkənin xalqı bunu daha tez özü edəcəkdir". Bununla o, İranda başlamış etirazların tezliklə molla rejimini devirə biləcəyinə inamını ifadə edib. Lakin ötən müddət ərzində İranda baş vermiş güclü etiraz hərəkatı son nəticədə, əvvəllər olduğu kimi, növbəti dəfə səngidi. Əslində ABŞ başda olmaqla, bütün Qərb bu dəfə İran rejiminin çökəcəyini gözləyirdi. Bəs nə baş verdi? Necə oldu ki, molla rejimi bu dəfə də etirazları yatırmağa nail oldu? Bunun bir neçə ciddi səbəbləri var.
Birincisi, Qərb İranda etirazların ən qızğın vaxtında bu dəfə İran xalqının molla rejimini devirəcəyinə inanıb, ona içəridən yetərincə dəstək vermədi. Ən azından bu etirazların başlanğıcında ona rəhbərlik edəcək birinin ortaya çıxarılması (o adamın ölkənin daxilində və ya xaricində yaşamasından asılı olmayaraq) təmin edilməli idi. Qərb bunu etmədi və İranda etirazlar demək olar ki, kortəbii şəkildə davam etdi.
İkincisi, etirazların alovlanmış dönəmində molla rejiminin bütün hədəqələri aşaraq, Rusiyaya dronlar verməsinin müqabilində ən sərt sanksiyalarla İranı tam küncə sıxışdırmaq zəruri olduğu halda bu baş vermədi. Belə bir vaxtda ayrı-ayrı dövlət rəsmlərinə sanksiya tətbiq etmək və ya sanksiya tətbiq olunmuş şəxslərin siyahısını genişləndirmək o dönəm üçün ən əhəmiyyətsiz addımlar idi.
Üçüncüsü, Qərb sonda başa düşdü ki, molla rejiminin başına kimisə gətirmək istədiyini ortaya qoymalıdır. Və burada da Qərbin seçimi olduqca uğursuz oldu. Şah Rza Pəhləvinin oğlunu bu rolda görməklə, Qərb İran xalqının və ilk növbədə orada yaşayan on milyonlarla Azərbaycan türklərinin inamını tam sındırdı. Çünki Rza Pəhləvi dönəmində İran xalqı ilk növbədə orada yaşayan Azərbaycan türkləri ancaq şah rejimindən repressiyalar görmüşdülər.
Bütün bu dediyimiz səbəblərlə yanaşı, ortada daha bir ciddi səbəbin olduğu da bir həqiqətdir.
Beləliklə, Qərb bu gün ABŞ başda olmaqla, Rusiyanın Ukrayna ilə müharibədə çöküşünü reallaşdırmağa tam fokuslanıb və bu səbəbdən özünə indiki dönəmdə ikinci bir cəbhənin açılmasını istəmir. Yəni Qərb müvəqqəti olaraq İrandakı vəziyyətin dondurulmasına razı olur. O bilir ki, İranda sıxıntı içində yaşayan və molla rejiminə nifrət edən kütlələri (hər hansı bir Əminəni çadra örtmədiyinə görə öldürməklə) istənilən vaxt ayağa qaldırmaq mümkündür.
Ancaq bütün bunlara baxmayaraq, Qərb İranda nüvə silahının hazırlanmasına dair vəziyyəti nəzarətdə saxlayacaq. Əgər İran molla rejimi atom silahı əldə etmək yolunda çaba göstərərsə, bu halda istənilən vaxt ona qarşı hərbi müdaxilə baş verəcək".
Saakaşvilini kimlər, niyə aldatdı ...
Azər Hüseynov: “Biz bu an regionda Qərbdən daha təsirliyik və ...”
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə regionda ölkəmizin təsirinin Qərbdən belə güclü olduğunu söylədi: “İran spesifik bir ölkədir. Onun bölgədə imperial maraqları var. İran dərin dövləti üçün də bu imperial maraqları həyata keçirən istənilən siyasi rejim sərfəlidir. Məhz buna görə də hazırda mövcud olan hakimiyyət yerində durur. Xalqa gəldikdə, dünya mediası göstərir ki, İranda kütləvi etirazlar var. Amma əslində iranlıların çoxu apolitikdir. Bəzi böyük şəhərlər bütün İran deyil. Yəni orada etirazlar hakimiyyəti dəyişəcək qədər geniş və güclü deyil. Qərbə gəldikdə, Qərb də İranla bağlı mövqeyində yekcins deyil. Altdan-altdan İranla ticarət edənlər də var. Özü də babat. Bizim üçün isə sərfəlidir ki, İran bizə qarşı olan qeyri-düzgün mövqelərini dəyişsin. Normal və düzgün qonşuluq aparsın. Erməninin dostu olmasın. Azərbaycan öz tərəfindən bu normal münasibətlər üçün çalışıb. Arxa bağçada diplomatlarımız davamlı İranla danışıblar. Amma təəssüf ki, İrandakı bəzi sasaniçi və məzhəbçi qüvvələr normal siyasi dialoqa mane olurlar. Bizim üçün bizim maraqlarımıza, təhlükəsizliyimizə, ərazimizə təhlükə etməyəcək bir İran lazımdır. Bunu İranda mollalarmı edəcək, zadəganlarmı edəcək, önəmli deyil. Yeri gəlmişkən, şah rejimində Azərbaycan türklərinin assimilyasiyası daha güclü idi. Yəni mahiyyət İranın rejimlərinin forması və simasında deyil, sasanilik ideologiyasını bir-birinə miras buraxmasındadır. Amma dövlət münasibətlərində həmişə "əlyeri" olur. Azərbaycan və Türkiyə ikilisinin güclənməsi ümid edirəm ki, bir zaman İranda mötədil və regional reallıqları qəbul edən bir görüşün hakim olmasına təsir edər. Mollalar da, zadəganlar da Azərbaycanla, Türkiyə ilə qılınc-qılınc oynamamalıdır. Çünki biz Qərbdən də bu an regionda daha təsirliyik və inşallah, olacağıq da".
Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub
Niyaməddin Orduxanlı: “İran molla rejimi uzun müddət yaşaya bilməyəcək”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı rəsmi Tehranın əsl simasını gizlətməkdə çətinlik çəkdiyini qeyd etdi: “İran molla rejimi bu gün öz hakimiyyətini zor, güc, qorxu, amansız repressiyalar, həbslər, edamlar üzərində saxlayır. Son etiraz aksiyalarında minlərlə insan həbs edildi, yüzlərlə insan güllələndi, asıldı. Günahsız insanların evinə ordu yeridildi. Son aksiyanı İran bu yolla nəzarətə götürə bildi. Ancaq bu, uzun müddət davam edə bilməz. Biz sosial şəbəkələr vasitəsilə gördük ki, molla rejiminə qarşı etiraz edənlər milyonlarla insanı əhatə edir. Etirazın səbəbi insanların yaşayış səviyyəsindən də aşağı yaşamasıdır. Əhali çox ağır vəziyyətdə yaşayır. Qapalı rejimdə yaşamaq istəmirlər. Həm sosial rifah, həm də sərt qanunlar İran əhalisini rejimə qarşı üz-üzə qoyub. Həmçinin də mollalara Qərbin, Avropanın və Amerikanın sanksiyaları əhalinin ciddi etirazına səbəb olur. Amerika İranda baş verənlərə çox ehtiyatla davranır. Çünki çox yaxşı bilir ki, İran əhalisinin 50%-dən artığı türk kökənlidir. 40 milyondan artıq Cənubi Azərbaycanda yaşayan türklər var. İkiyə bölünmüş Azərbaycan var. Molla rejimi devrilərsə, Cənubi Azərbaycan öz müqəddəratını təyin edə bilər və Azərbaycan bütövləşə bilər. Bütövləşmiş və 50 milyonluq Azərbaycanı Amerika, Qərb və Avropa görmək istəmir. İstəmirlər ki, regionda ikinci bir Türkiyə kimi qüdrətli türk dövləti olsun. Türkiyənin indiki kimi güclü olmasını həzm edə bilmirlər. Ancaq İran molla rejimi uzun müddət yaşaya bilməyəcək. İranın bu gün Azərbaycana olan nifrətinin səbəbi də hər kəsə bəllidir. Buna görə də 30 ildir Qarabağda məscidləri dağıdan Ermənistana hər cür dəstəyini verir. Əsl simasını gizlədə bilmir...”