“Əli Kərimli iqtidarın içində ayrı-ayrı adamlarla sövdələşməyə gedib saxtakarlıq etməsəydi...”-Razi Nurullayev Siyasət

“Əli Kərimli iqtidarın içində ayrı-ayrı adamlarla sövdələşməyə gedib saxtakarlıq etməsəydi...”-Razi Nurullayev

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi üç epizod üzrə yaxından görmüşəm. 1992-ci ildə, Cəfər Cabarlının heykəlinin yanında. Ətrafına adamlar yığılmışdı və hər kəs çalışırdı ki, ona toxunsun, o isə gülümsəyirdi. Çünki, o zaman Heydər Əliyev hər kəs üçün möcüzəvi bir şəxsiyyət idi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasında çıxışı zamanı millət vəkili Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, ikinci dəfə isə onun çağırışı ilə xalq o zamankı Prezident aparatının qarşısına toplandı və dövlətçiliyi qorudu: “Mən də orada idim. Üçüncü dəfə isə azadlıq meydanında Surət Hüseynovun çevriliş cəhdlərindən danışanda, onun çıxışını “Assosiated press” agentliyi üçün tərcümə edirdim. Heydər Əliyev xöşbəxt Azərbaycan qurmaq üçün çalışdı. Amma, əks mövqedə, dayanan şəxslər ona kömək etmək əvəzinə qarşı çıxmaq yolunu tutdu.
Nə etmək lazım idi? İqtidardan müxalifətə çevrilənlər Heydər Əliyevlə əməkdaşlıq etməli idi, onu yıxmaq, hakimiyyətdən salmaq üçün gecə-gündüz ayağının altını qazmalı deyildi. İmkan vermədilər ki, Heydər Əliyev gücünü tam olaraq xalqın rifahına yönəltsin. Məcbur oldu ki, ölkəni yenidən xaosa çevrimək istəyənləri də neytrallaşdırmağa güc sərf etsin. O zaman kreslo davası etməsəydilər, Əli Kərimli deputat yerləri üçün iqtidarın içində ayrı-ayrı adamlarla sövdələşməyə gedib saxtakarlıq etməsəydi, özünün ambisiyaları üçün Əbülfəz Elçibəyə xəyanət etməsəydi, əminəm ki, müxalifət də indikindən 10 qat güclü olardı…”.