İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
17 İyun 2023 15:53
3 031
Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk.
APA-nın xəbərinə görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevlə görüşdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib.
Rüstəm Minnixanov deyib ki, tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq: “Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar”.
20:45
798
17:42
931
16:42
1 085