Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
22 İyun 2023 07:47
2 415
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində dialoq zəruridir.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.
"Tərəflər Cənubi Qafqaz regionunda sülhə can atdıqları üçün Vaşinqtonda növbəti danışıqları səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Gərginlik yaradan addımlar, şübhəsiz ki, indi Ermənistan və Azərbaycan arasında danışıqlar müxtəlif məkanlarda aparıldığı üçün səmərəsizdir", - deyə Vedant Patel bildirib.
Rusiyanın bu prosesdəki roluna gəlincə, Patel deyib ki, əgər Moskva prosesdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bu alqışlanır.
"Bu danışıqlar irəliləyir. ABŞ bu prosesdə mühüm tərəfdaş olub və dövlət katibi bu işdə şəxsən iştirak edib. Birbaşa dialoq problemlərin həlli, uzunmüddətli sülhə nail olmaq üçün açardır", - deyə Vedant Patel bildirib.
26 Sentyabr 16:03
1 204
26 Sentyabr 14:31
707
26 Sentyabr 14:27
791