“Azərbaycan raket sisteminə malik dördüncü ölkədir” Siyasət

“Azərbaycan raket sisteminə malik dördüncü ölkədir”

"Azərbaycan ən azı 1,5- 2 il ərzində Ermənistana qarşı genişmiqyaslı hərbi müdaxilə etməyəcək. Ermənistan tərəfinin də müdafiə sisteminin möhkəmləndirilməsi üçün məhz bu qədər vaxtı var".
Bunu separatçı rejimin sabiq "müdafiə naziri", general Samvel Babayan (Samo) Qarabağa səfəri zamanı deyib.
Generalın sözlərinə görə, Azərbaycan İsrailin raket hücumundan müdafiə sisteminə malikdir: "Mən, hətta Azərbaycan ərazisində yerləşdirilən bütün bu sistemlərin yerini də göstərə bilərəm. Dünyada bu cür sistemə malik olan üç ölkə varsa, mən deyərəm ki, Azərbaycan raket hücumundan müdafiə sisteminə malik 4-cü dövlətdir. Məni fikirlərimə görə qınayırlar. İndi deyin görək, kim köhnəlib? Mən, ya onlar? Əgər onlar adi şeyləri belə bilmirlərsə, daha nə haqda danışaq? Ya da bilirlər, amma sizi aldadırlar. Əgər bilmirlərsə, bu daha pisdir. Əgər bilirlərsə və aldadırlarsa, deməli onlar parazitlərdir", - deyə Babayan dövlət məmurlarını tənqid edərkən bildirib.
Samvel Babayab iddia edib ki, Ermənistanda lazımi silahların alınması üçün vəsait yoxdur: "Mən ölkəmizin iqtisadiyyatının vəziyyətini çox gözəl bilirəm və nə isə təklif edəndə də təqribi rəqəmlər gətirirəm. Eyni zamanda onu da bilirəm ki, bu vəsaitlərin tapılması mümkündür".