“AŞPA-nın Rusiyaya ehtiyacı var” Siyasət

“AŞPA-nın Rusiyaya ehtiyacı var”

Pedro Aqramunt: "Biz bütün güclərimizi birləşdirməliyik ki, uğurlu nəticə əldə edək"

"Rusiyanın iştirakı olmadan miqrant böhranı və terrorçuluqla mübarizə məsələlərinin həlli mümkün deyil".
Bunu Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib:
"Bu gün biz bir sıra ciddi problemlərlə qarşılaşırıq. Bunlar arasında miqrant böhranı, beynəlxalq terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə, eləcə də Avropadakı münaqişə ocaqları ən vacib məsələlərdir. Biz bütün güclərimizi birləşdirməliyik ki, uğurlu nəticə əldə edək".
Aqramunt əlavə edib ki, AŞPA Rusiya ilə dialoqa başlamağın tərəfdarıdır.
Qeyd edək ki, 2014-2015-ci illərdə AŞPA Rusiyaya qarşı bəzi qətnamələr qəbul etdi. Bu qətnamələrə görə Rusiya səsvermə hüququndan, assambleyanın monitorinq missiyasında və qanunverici orqanların iclaslarında iştirakdan məhrum edildi. Buna cavab olaraq, rusiyalı deputatlar 2015-ci ilin sonundan assambleyanın iclaslarında iştirakdan imtina etdi.