Putin-Ərdoğan görüşündən önəmli nəticə Siyasət

Putin-Ərdoğan görüşündən önəmli nəticə

"Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər"

Dünən Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu vəSergey Lavrov da iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin ötən ilin noyabrında Rusiya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib: "Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu, hər iki xalqın marağında olacaq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdindən az sonra Rusiyaya səfər etdiyini xatırladıb. O bildirib ki, iki ölkə arasında münasibətlər müsbət mərhələyə keçib: "Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələrə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək".
Vladimir Putin deyib ki, Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir.
O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: "Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti regionda yeni əməkdaşlıq formatının yarana biləcəyini bildirib. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər.
Türkiyə prezidenti görüşdə bu məsələnin müzakirə olunduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır.
Rusiya prezidenti qeyd edib ki, baş tutan görüş Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır".
O bildirib ki, Ərdoöanla beynəlxalq və ikili münasibətlərə dair konstruktiv danışıqlar olub: "Münasibətlərimiz ötən il Rusiya təyyarəsinin vurulması ilə pisləşmişdi. Lakin münasibətlərimizin taleyinə dair qarşılıqlı hörmət məntiqi üstünlük qazandı. Türkiyənin çətin siyasi durumunda prezident Sankt-Peterburqa səfər etdi, bununla da, münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərdi. Münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün proses başlayıb. Lakin bunun üçün müəyyən vaxt tələb olunur. Biz əlaqələrin əsas mexanizmləri istiqamətində işləmək üzrə razılaşdıq. Energetika, metallurgiya, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Rusiyalı turistlərin Türkiyəyə səfələrinin bərpası ilə bağlı bu ilin iyununda qərar vermişik, lakin bunun üçün vaxt lazımdı. Türkiyə hökumətinin də bizim vətəndaşlarımızın maksimum təhlükəsizliyini təmin etməsi vacibdir. Biz belə bir təminat almışıq. Hava əlaqəsi iyunun sonunda bərpa olunub. Çarter aviareyslərinin bərpası texniki məsələdir və zaman tələb edir. Terrorizmlə mübarizə də bizim münasibətlərin əsas hissəsini təşkil edir. Münasibətlərin tam formatda bərpası üçün bütün imkanlar var. Rusiya buna hazırdır".
Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin münasibətləri yüksək səviyyəyə qaldırmaqda qərarlı olduğunu bildirib, bu sahədə iradəyə sahib olduqlarını ifadə edib: "Siyasi, iqtisadi, mədəni və qlobal sahələrdə iki ölkənin münasibətlərini lazımi səviyyəyə çatdırmaq barədə razılaşma əldə etdik. Vizasız rejimin tam təşəkküllü istiqamətdə addımlar atacağıq. Müzakirə olunan digər məsələ
"Akkuyu" Atom Elektrik Stansiyası layihəsinə strateji investisiya statusu verilməsidir. Bu sahədə danışılar aparılır və müvafiq qərar veriləcək. Həmçinin "Türk axını" lahiəsini müzakirə etdik. Türkiyə Rusiyadan ildə 28 milyard kub/metr qaz alır. Bunun 18 milyard kub/metrini dövlət, qalanını özəl sektor alır. Türkiyə "Türk axını" lahiyəsinin reallaşmasında maraqlıdır. Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik".
Prezidentlər mətbuat konfransında onu da qeyd ediblər ki, Suriya böhranının həlli yollarını mətbuat kofransından sonra keçirəcəkləri görüşdə müzakirə edəcəklər.