Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Rusiya İrəvana silah verir, Avropa susur

Rusiya İrəvana silah verir, Avropa susur Siyasət

Rusiya İrəvana silah verir, Avropa susur

Bir tərəfdən Rusiya Ermənistanı sürətlə silahlandırır, başqa bir tərəfdən isə Avropa Birliyinin məsələ ilə bağlı birmənalı mövqeyi yoxdur. Belə bir vəziyyətdə ölkə başçısının Qarabağla bağlı son açıqlamaları tam reallığı əks etdirir.
Bu sözləri politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Qərb Dağlıq Qarabağ məsələnin həllindən boyun qaçırır: "Göz görə-görə Ermənistanın nazı ilə oynayırlar. Ermənistan beynəlxalq hüquq normalarını tapdalayır, BMT-nin 4 qətnaməsini yerinə yetirmir. Əvəzində dünyanın aparıcı oyunçuları hazırda bu məsələni ört-basdır edirlər. Bir tərəfdən Rusiya Ermənistanı silahlandırır, başqa bir tərəfdən isə Avropa Birliyinin məsələ ilə bağlı birmənalı mövqeyi yoxdur. Belə bir vəziyyətdə ölkə başçısının Qarabağla bağlı son açıqlamaları tam reallığı əks etdirir. Çıxış yolu hərbi potensialımızı gücləndirməklə yanaşı, siyasi diplomatik yolların müxtəlif yeni formatlarını tapmaqdır".
Politoloq formalaşmaqda olan Rusiya-Türkiyə-Azərbaycan üçbucağını da dəyərləndirib:
"Bu üç ölkənin birgə formatda müxtəlif layihələr həyata keçirməsi, siyasi prioritetlərin cızılması və risklərlə mübarizəsi Bakının maraqlarına da cavab verir".
F.Sadıqov bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü formal şəkildə bundan sonra da tanımaqda davam edəcək:"Moskva çox yaxşı bilir ki, regionda separatizmi alovlandırması onun özünə də təhlükədir. Çünki bu, birbaşa Rusiyadakı mövcud millətləri də müstəqillik uğrunda ayağa qaldıracaq. Buna görə də Rusiya atacağı siyasi addımları bu həssas məqamları nəzərə almalıdır".
Politoloqun fikrincə, Rusiya ilə nə qədər çox yaxınlaşsaq, bu, bir o qədər xeyrimizədir:"Rusiya böyük oyunçudur və heç vaxt Ermənistanla müttəfiqlikdən imtina etməyəcək. Ancaq Azərbaycanda Rusiyanın iqtisadi-siyasi maraqları var və Bakı bundan istifadə edə bilər".
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında çıxış zamanı bağlı qapılar arxasında Azərbaycana Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməsi üçün çoxlu təzyiqlər göstərildiyini bəyan edib.