BƏƏ prezidentinin müşaviri Livan və İsrail arasındakı çərçivə sazişini alqışlayıb Gündəm

BƏƏ prezidentinin müşaviri Livan və İsrail arasındakı çərçivə sazişini alqışlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş çərçivə sazişini alqışlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə bağlanmış çərçivə sazişi dövlətin öz ərazisi üzərində tam suverenliyinin bərpası yolunda mühüm və müsbət addımdır. Onilliklər ərzində livanlılar öz torpaqlarında başqalarının münaqişələrinin fəsadlarından əziyyət çəkib və bunun üçün ağır bədəl ödəyiblər. Dövlətin nüfuzunun və suverenliyinin gücləndirilməsi Livanın sabitliyinin və gələcəyinin əsl təminatı olaraq qalır", — deyə Qarqaş qeyd edib.

Məryəm Quliyeva