25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
1 Mart 2024 14:43
5 817
Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.
"Sülh müqaviləsi sadəcə imzalanmaq naminə imzalanmamalıdır, sülhə nail olmaq üçün real niyyət lazımdır. Bununla əlaqədar olaraq, Azərbaycan həmçinin, sülh müqaviləsinin ikitərəfli aspektini vurğulayır. Regionda sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə bir araya gələrək sülh müqaviləsini imzalamalıdır", - o deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan üçün artıq Qarabağ məsələsi yoxdur və ölkənin gündəliyi sülh və əməkdaşlıqla bağlıdır.
"Sülh gündəliyinin təməl prinsipləri və sülh sazişinin mətni də Ermənistan tərəfinə təqdim olunub. Bu bir daha Azərbaycanın sülh gündəliyini təşviq etməkdə möhkəm qətiyyətini nümayiş etdirir. Tərəflər arasında diplomatik danışıqlar davan edir və Münhen Təhlükəsizlik Konfransı zamanı lidelərin görüşü çox səmərəli və müsbət məcrada keçib. Biz bu cür parametrlərə əsaslanaraq irəliləməyə çalışırıq", - deyə o əlavə edib.
26 İyul 11:26
973
25 İyul 15:36
1 330
25 İyul 14:04
1 330