27 İyul 14:20
27 İyul 14:16
12 Mart 2024 11:28
1 883
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbədənkənar VII qurultayına hazırlıq prosesi davam edir. BAXCP-nin Nizamnaməsinə uyğun olaraq, partiyanın rayon və şəhər təşkilatlarında ümumi yığıncaqlar, konfranslar keçirilir.
Martın 10-da Zaqatala rayonunda rayon təşkilatının fəaliyyətinin bərpası və BAXCP-nin növbədənkənar VII qurultayına nümayəndələrin seçilməsi məqsədilə ümumi yığıncaq keçirilib. Ümumi yığıncaqda Zaur İsmayılov BAXCP Zaqatala rayın təşkilatının sədri seçilib.
Ümumi yığıncaqda BAXCP-nin mərkəzi icra aparatını partiya sədrinin müavini Elçin Mirzəbəyli təmsil edib.
Xatırladaq ki, BAXCP-nin növbədənkənar VII Qurultayı martın 16-da keçiriləcək. Qurultayın gündəliyinə 1 məsələ - partiyanın adının dəyişdirilməsi daxil edilib. BAXCP Ali Məclisinin Qurultaya müraciətində partiyanın Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılması təklif olunur. Bununla bağlı yekun qərarı Qurultay nümayəndələri verəcəklər.
27 İyul 17:57
763
27 İyul 16:48
833
27 İyul 16:23
826