"Bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımdan çox vacib tədbir oldu" Siyasət

"Bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımdan çox vacib tədbir oldu"

"Bekçikanın paytaxtı Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının (PA) Enerji Təhülkəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün nümayəndə heyətimizin etirazı və əsaslandırılmış arqumentləri nəticəsində müzakirədən tamamilə çıxarıldı. Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu "Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması" seçildi. Ümumiyyətlə, 4 komitənin ikinsidə Azərbaycanın mövzu təklifi tamamilə, birində isə birləşdirilərək dəstəkləndi.
Qeyd etmək istərdik ki, Avronestin bu ilki komitə və plenar iclasları Azərbaycan üçün kifayət qədər faydalı oldu. Nümayəndə heyəti Azərbaycan əlehinə olan bütün düzəlişlərin qəbul olunmamasına nail ola bildi". Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O, bildirib ki, Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” kimi keçmişdə qalan termin sənədlərdən çıxarılmaqla yanaşı, həmçinin “Alma-Ata Protokolu” ilə bağlı nümayəndə heyətimizin mövqeyi nəzərə alındı: "Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili sosial komitənin sədri seçildi.
Bütövlükdə, bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımdan çox vacib tədbir oldu. Nümayəndə heyətinin bütün üzvləri fərqli məsələlər ilə bağlı dəfələrlə öz fikirlərini bölüşdülər. İqtisadiyyat, enerji və siyasi komitələrdə bir neçə dəfə çıxışlarım zamanı müxtəlif vacib məsələlər ilə bağlı mövqeyimizi təqdim etdim. Çıxışlarım zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyat sahəsində əməkdaşlıq, Azərbaycanın Ukrayna və Avropa İttiffaqının enerji təhlükəsizliyinin güclənməsində rolu, yaşıl enerjiyə keçid və digər məsələlərə toxundum. Bütövlükdə, 3 komitədə müzakirələr zamanı 7 dəfə məsələlərə münasibət bildirim və enerji komitəsindəki ilk çıxışımı təqdim edirəm".