Azərbaycan Ermənistana daha bir şans verir Siyasət

Azərbaycan Ermənistana daha bir şans verir

Son günlər Azərbaycan- Ermənistan şərti sərhəddində baş verən atəşkəsin pozulması Azərbaycan əsgərinin yaralanması ilə nəticələndi.
Ciddi hesab olunacaq görüşlər öncəsi Fransanın təhriki ilə Ermənistanın atəşkəsi pozması adət halını alıb. Son 6 ayda sərhəddə iki dəfə insident baş verib. Hər ikisində də Fransanın təhriki özünü göstərib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun fikrincə, əvvəlki dəfə Azərbaycan ordusunun təxribata göstərdiyi reaksiya çox sərt və qəti oldu. Ermənistan 5 əsgərini itirdi. Son təxribatda isə Azərbaycan Ermənistanın əsgərlərinə şans verdi. Özünün sülhə olan münadibətini təsdiqlədi. Azərbaycan başqa addımlar da ata bilərdi. Amma bizim gözləntimiz o idi ki, Ermənistan araşdırsın və nəticəni bəyan etsin:

"Ermənistanın Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işi açması
ilk növbədə Azərbaycanın qələbəsi idi, çünki demək olar ki, bu, münaqişə tarixində ilk belə hal idi və eyni zamanda özünü günahkar hesab etməyin göstərişi idi.
Azərbaycan hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər. Bu baxımdan Azərbaycan tərəfi Ermənistana bir daha şans verir ki, başqalarının oyuncağı olmasın, özünü özünə hörmət edən dövlət kimi aparsın.
Hesab edirəm ki, Ermənistan da mesajı almışdır. Azərbaycanın xoş niyyətini doğru dəyərləndirəcək".

Cavid