“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
19 Aprel 2024 13:19
2 471
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etməsini şərtləndirən bir neçə amillər var idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa edib.
“Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində bütün separatçıları zərərsizləşdirdi və qanunsuz erməni silahlı dəstələri ərazilərimizdən tam çıxarıldı. Artıq həmin ərazilərdə təhlükəsizlik Azərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir.
Eyni zamanda, Azərbaycan Qarabağ ərazisini könüllü tərk etmək istəyən erməni əhalinin tam təhlükəsiz şəkildə Ermənistana getməsinə şərait yaratdı. Bu gün həmin ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır, bütün dövlət qurumlarının fəaliyyəti bərpa olunub. Azərbaycan bu gün regionda sülhün tərəfdarıdır və Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib və gün Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir.
Proseslər onu göstərdi ki, Azərbaycan özü təhlükəsizliyi təmin edir və regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütün addımları atır. Belə olan halda isə sülhməramlıların fəaliyyətinə gərək qalmır”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi, eyni zamanda, Azərbaycanla Rusiya arasında qarşılıqlı etimadın, hörmətin və ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.
2 Noyabr 18:46
1 190
2 Noyabr 11:24
1 372
1 Noyabr 17:13
1 799