Rəfsəncaninin qızına atasının ölümü ilə bağlı iddialarına görə məhkəmə işi açılıb
Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
Azərbaycanın Omandakı səfirliyinin binasının rəsmi açılış mərasimi olub
Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan səfirliyi Montoneqroda iğtişaşları diqqətlə izləyir, zəruri tədbirlər görür
23 Aprel 2024 13:38
2 478
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” iş üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Qaregin Njdenin və onun irqçi ideologiyasının azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdəki rolundan danışıb.
Trend xəbər verir ki, Elnur Məmmədov işğal illərində Ermənistanın Njdenin ideoloji davamçısı olduğunu bəyan edən partiya tərəfindən idarə edildiyini, onun təlimlərinin bu gün də rəsmi səviyyədə yaşadıldığını, müxtəlif erməni faşist qrupları tərəfindən də mənimsədildiyini BƏM-in hakimlərinin diqqətinə çatdırıb.
Elnur Məmmədov Njdenin təlimatlarının həmçinin işğalı təşviq etdiyini diqqətə çatdırıb.O, “Tseğakron” ideologiyasından bir neçə sitatı məhkəmənin diqqətinə çatdırıb: “Müasir Ermənistan bizim (ermənilərin) tarixi vətənimizin yalnız 19-da 1 hissəsini əhatə edir… Mən “Tseğakron”am və mən öz irqimin düşmənini, Türkləri məğlub etməliyəm”, - sitatda qeyd olunub.
Elnur Məmmədov onu da qeyd edib ki, Njde bu gün də Ermənistanda milli qəhrəman olaraq qalır.
Qeyd edib ki, onun şərəfinə hazırlanmış abidələrdən birinin açılışını 2016-cı ildə Ermənistan Prezidenti edib.
17:44
525
17:31
560
15:58
700