Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
27 May 2024 12:56
2 849
Rusiyanın "Birinci kanalı" İrəvanın Respublika meydanında "Vətən uğrunda Tavuş" hərəkatının mitinqi ilə bağlı yaydığı məlumat Ermənistanda böyük qalmaqal yaradıb. Kreml tərəfindən birbaşa idarə olunan Rusiyanın "Birinci Kanalı" Ermənistan müxalifətinin mayın 26-da keçirdiyi mitinqdə 100 mindən çox insanın iştirak etdiyini açlqlayıb.
"Etirazçılar qrupu bayraqlarla hökumət binasına yaxınlaşıb; polis və xüsusi təyinatlılar ərazini mühasirəyə alıb. Mərkəzi küçələr bağlanıb", - Rusiya telekanalı bildirib.
Lakin görüntülər göstərir ki, Rusiya dövləti "Birinci Kanal" yanlış və əsassız məlumat yayıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O, diqqətə çatdırıb ki, “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-si mitinq iştirakçılarının hesablanması zamanı “Vətən uğrunda Tavuş” hərəkatının mayın 26-da keçirilən mitinqdə 23100 nəfərin iştirak etdiyini müəyyən edib: “Üstəlik, Respublika Meydanı yoldan keçənlərin də çox olduğu izdihamlı yerdir və onların heç də hamısı mitinq iştirakçısı olmayıb. Ancaq 23100 rəqəmini əsas götürsək belə, bu rəqəmin 31 min iştirakçının olduğu 9 may mitinqindən 8 min nəfər az olduğunu vurğulamaq lazımdır. Yəni İrəvandakı müxalifət hərəkatının sıralarını 8 min iştirakçı tərk edib”.