
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bakı Politoloqlar Klubunun (BPK) təşkilatçılığı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və İtaliyanın məşhur "İSİA" beyin mərkəzinin tərəfdaşlıqları ilə bu gün Roma şəhərində Senatda "Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda Forum keçirilib.
APA xəbər verir ki, forumun əsas məqsədi Azərbaycan - İtaliya əməkdaşlığının daha da inkişafı, Azərbaycanın yeni enerji siyasətinin təqdimatı və bölgədə ölkəmizin imkanlarının göstərilməsi olub.
Tədbir Senatın saytında canlı yayımlanıb.
60-dan çox qonağın - deputatların, politoloqların, iqtisadçıların, investorların, xarici ölkələrin Romadakı diplomatlarının iştirak etdiyi görüşdə giriş sözü ilə çıxış edən İSİA prezidenti Mario Morgoni, Deputatlar Palatasının Əmək Sahələri Komissiyasının Katibi Luca Squeri, BPK sədri Zaur Məmmədov və BMTM rəhbəri Fərid Şəfiyev tədbirin aktuallığına toxunaraq forumun məhsuldar keçəcəyinə əmin olduqlarını qeyd ediblər.
Daha sonra tədbirdə yaşıl enerji və ənənəvi enerji, kommunikasiya-nəqliyyat, investisiyalar kimi mövzular üzrə təqdimatlar olub.
İtaliyalı mütəxəssislər Azərbaycanın rəsmi Roma və Aİ üçün etibarlı tərəfdaş olduğunu, COP29-un ölkəmizdə keçirilməsinin rəsmi Bakının beynəlxalq arenada nüfuzunun göstəricisi olduğunu qeyd ediblər.
Tədbirdən sonra italiyalı investorlar Azərbaycanla təkcə enerji deyil, eyni zamanda iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, yaxın vaxtlarda ölkəmizə səfər edəcəklərini vurğulayıblar.
Sonda BPK və İSİA, BMTM və İSİA arasında memorandum imzalanıb.