“Sosial Xidmətlər Agentlyi və Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləmələrində xeyli səmərəsizlik və yanlışlıqlar mövcuddur” Siyasət

“Sosial Xidmətlər Agentlyi və Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləmələrində xeyli səmərəsizlik və yanlışlıqlar mövcuddur”

“Dövlət büdcəsinin artımının Qarabağın yenidən qurulması yönündə olması baxımından dəstəklədiyimi bəyan edirəm. Büdcəmiz ildən-ilə artır, hesabatlar günü-gündən gözəlləşir, rəng çalarları daha cəzbedici olur, amma real həyatımızda gördüyüm sosial dəyişiklik zəifdir. Əgər işsizliklə bağlı ayda yüz nəfər müraciət edirdisə, indi o rəqəm daha da çoxdur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, sosial yardımla bağlı müraciətlər də çoxalıb: “Sosial xidmətlərlə bağlı işi isə qeyri-qənaətbəxş hesab edirəm. Xüsusən də həm Sosial Xidmətlər Agentlyinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləmələrində xeyli səmərəsizlik və yanlışlıq görürəm. Yanaşmaları yanlışdır, canyandırmaları isə diplomatların soyuqqanlığından da böyükdür”.