12 Sentyabr 2024 13:59
3 682
Azərbaycan özünün beynəlxalq aləmin sayılıb-seçilən dövləti olduğunu əməli işləri ilə göstərdikcə bunu qəbul edə bilməyən, həm də uzun illərdir özünü dünyada söz sahibi hesab edən dövlətləri təmsil edən insanlar Azərbaycan əleyhinə kampaniyaya başlayırlar.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O bildirib ki, Azərbaycan artıq öyrəşib ki, ölkədə keçiriləcək böyük beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələri
Azərbaycana qarşı beynəlxalq informasiya məkanında hücuma keçir. Eurovision müsabiqəsi, Avropa Oyunları, Formula-1-in yarışları ərəfəsi eyni proseslər müşahidə edilib: "Frank Şvabe kimilər də sadəcə həmin təlimatları yerinə yetirən xırda məmurlardır. Qərb siyasi elitası onlardan istifadə edib sonra unudaraq.
"İnsan haqları", "demokratiya", "siyasi məhbuslar" ifadələri Qərb dairələrinin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir.
Lakin onlar unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxarmır".
Cavid
13 Mart 23:03
1 400
13 Mart 20:26
1 806
13 Mart 20:16
1 638