Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər
Dövlət Gömrük Komitəsi Ermənistandan hansı məhsulun alındığını açıqlayıb, idxala aydınlıq gətirib
Hökumət Dövlət Neft Fondunun gəlirləri üzrə gözləntilərini açıqlayıb
Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır
14:49
805
“Mürəkkəb regional vəziyyət əməkdaşlığımızın inkişafına təsir göstərmir”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
“Azərbaycan Rusiya Federasiyası ilə tərəfdaşlığın ardıcıl inkişafına sadiqliyini nümayiş etdirməyə davam edir”, - o bildirib.
Şahin Mustafayev qeyd edib ki, regionun üzləşdiyi yeni çağırışlar fonunda Azərbaycan tərəfindən İrandan Rusiya vətəndaşlarının təxliyəsinə operativ dəstək göstərilib.
Eyni zamanda, Azərbaycanın ərazisi vasitəsilə Rusiyanın humanitar yardımının İrana çatdırılmasına kömək davam etdirilir.
Şahin Mustafayev vurğulayıb ki, humanitar yardımın ikinci böyük partiyası martın 27-də Astara şəhərində, İran-Azərbaycan sərhədində təhvil verilib.
Baş nazirin müavini əlavə edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hazırkı mürəkkəb şəraitdə fasiləsiz yükdaşımaları təmin edərək etibarlı fəaliyyət göstərir. Onun sözlərinə görə, bu dəhliz praktikada öz dayanıqlığını və rəqabət qabiliyyətini təsdiqləyib.
16:01
931
15:49
658
15:38
679