Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər
Dövlət Gömrük Komitəsi Ermənistandan hansı məhsulun alındığını açıqlayıb, idxala aydınlıq gətirib
Hökumət Dövlət Neft Fondunun gəlirləri üzrə gözləntilərini açıqlayıb
Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır
14:48
847
Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,9 milyard dolları ötüb.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
“2024–2026-cı illər üzrə əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Yol Xəritəsinin icrası uğurla davam edir”, - o bildirib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq qarşılıqlı münasibətlərin əsas istiqamətlərindən biridir və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi xarici ticarət dövriyyəsində mühüm yer tutur.
Şahin Mustafayev vurğulayıb ki, 2025-ci ilin yekunlarına görə ölkələr arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə davamlı artım nümayiş etdirib. Belə ki, cari ilin ilk üç ayında isə qarşılıqlı ticarətin həcmi təxminən 750 milyon dollar təşkil edib.
Baş nazirin müavini əlavə edib ki, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti ümumi dövriyyədə mühüm yer tutur.
Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracı üçün əsas istiqamət olaraq qalır.
Şahin Mustafayev onu da qeyd edib ki, 2025-ci ilin nəticələrinə əsasən Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 837 milyon dolları ötüb, meyvə-tərəvəz tədarükü isə təxminən 31 faiz artaraq 696 milyon dollara çatıb. Eyni zamanda, Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalı 832 milyon dollardan çox olub.
16:26
399
16:25
392
16:06
602