Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5% artıb İqtisadiyyat

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5% artıb

Bu ilin I rübündə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 665 milyon 527 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yanvar-mart aylarında yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

I rübdə qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,62% təşkil edib.

Hesabat dövründə ölkəyə 28 milyon 630 min ABŞ dolları dəyərində 12 300 ton ət idxal edilib ki, bu da illik müqayisədə dəyər baxımından 15,3%, həcm baxımından isə 3,4% artıb.

Onu da bildirək ki, yanvar-mart aylarında ölkəyə 10 milyon 386 min dollar dəyərində (61,2% çox) 5 859 ton (35,4% çox) süd və qaymaq idxal olunub.