“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
16 Aprel 15:38
2 653
Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etməkdə maraqlıdır.
APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında deyib.
"Biz Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır", - o bildirib.
Overçuk Rusiya biznesinin və regionlarının bölgədəki fəaliyyətinə dair uğurlu nümunələri diqqətə çatdırıb. O, Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq çərçivəsində mühüm təmasların qurulduğunu bildirib: “Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilanın kəndlərində uşaq bağçaları inşa edilir”.
19 May 22:23
2 247
19 May 19:12
1 260
19 May 18:43
1 603