Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər
Dövlət Gömrük Komitəsi Ermənistandan hansı məhsulun alındığını açıqlayıb, idxala aydınlıq gətirib
Hökumət Dövlət Neft Fondunun gəlirləri üzrə gözləntilərini açıqlayıb
Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır
14:53
791
Azərbaycanın Rusiyaya investisiyalarının həcmi 1,2 milyard dollardır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu investisiyaların əhəmiyyətli hissəsi turizm və rekreasiya sahəsinə yönəlib və bu istiqamətdə müasir sanatoriya-kurort obyektlərinin yaradılması üzrə bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr çərçivəsində Yessentuki, Kislovodsk və Jeleznovodsk şəhərlərində obyektlər istifadəyə verilib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan kapitalı Rusiyada emal sənayesində, o cümlədən Krasnodar diyarının ərzaq sektorunda da təmsil olunur.
Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın getdikcə daha dayanıqlı, şaxələndirilmiş və strateji xarakter aldığını göstərir.
Şahin Mustafayev əlavə edib ki, Azərbaycan şirkətləri Rusiyada keçirilən iri sahəvi sərgilərdə mütəmadi iştirak edir və bu da yerli məhsulların yüksək ixrac potensialını təsdiqləyir, Rusiya bazarında mövqelərin daha da möhkəmləndirilməsinə xidmət edir.
O həmçinin qeyd edib ki, Azərbaycan–Rusiya və Rusiya–Azərbaycan işgüzar şuraları sahibkarlar arasında birbaşa əlaqələrin inkişafına və birgə investisiya layihələrinin təşviqinə mühüm töhfə verir.
Şahin Mustafayev bildirib ki, yaxın vaxtlarda Bakı şəhərində Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası keçiriləcək.
16:26
385
16:25
385
16:06
595