AŞPA-ya göndərilən məktubda daha bir imza saxta çıxıb Siyasət

AŞPA-ya göndərilən məktubda daha bir imza saxta çıxıb

İlqar Qasımov: "AŞPA üzvlərinə müraciətə imza atmamışam"

Yanvarın 16-da bir qrup Azərbaycan QHT təmsilçisi, jurnalist, vəkil tərəfindən Avropa Şurası Parlament Assambleyasına müraciət göndərilib
Müraciətdə AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermək hüququnun alınmasına çağırış edilib. Müraciətə imza atanlar sırasında "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımovun da adı göstərilib.
Strateq.az-a açıqlamasında isə İlqar Qasımov bu müraciətə imza atmadığını açıqlayıb. Qeyd edib ki, bu Müraciətdə əks olunan fikirləri bölüşmür. İmza atmadığı halda adını Müraciəti dəstəkləyənlər sırasında qeyd edilməsinin məqsədləri isə ona məlum deyil: "Yox mən bu müraciətə imza atmamışam. Bu müraciəti mənə Emin Hüseynov göndərmişdi. Məndən xahiş edirdi ki, dəstək verim. Yazdım ona ki, lazım olsa dəstək verərəm. Sonra, tərcümə etdim, baxdım görüdüm ki, mənim dəstək verməyim uyğun deyil. Ona söz verməmişdim ki, mütləq dəstək verəcəyəm. Ona görə nə imza atdım, nə müraciəti bir yana göndərdim. Bu müraciət poçtumda da qalır. Bu müraciətlə bağlı heç nə etməmişəm. Bu məsələ ilə bağlı heç bir mənəvi məsuliyyətim yoxdur.
Bu fikirləri bölüşmədim. Bölüşmədiyim üçün də, bu müraciəti nə Avropa Şurasına, nə də başqa qurum və şəxsə göndərməmişəm.
Yəqin onlar belə hesab ediblər ki, mənim elektron poçtuma göndərməklə, guya ki, məlumatlıyam, dəstək vermişəm. Yəqin ki, onlar öz sıralarını çox göstərmək üçün belə ediblər. Hər halda məqsədləri mənə məlum deyil. Onu bilirəm ki, mən imza atmamışam".


"Bakcell"dən Ulduzum abunəçiləri üçün lotereya
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının üzvləri üçün növbəti lotereyasına start verdiyini elan edir. Lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə Bakcell tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.
Lotereya çərçivəsində Bakcell abunəçiləri 10 ədəd 100 AZN-lik, 20 ədəd 50 AZN-lik, 40 ədəd 30 AZN-lik və 90 ədəd 20 AZN-lik hədiyyə kartlarını udmaq şansını qazanacaqlar. Lotereyada oynanılan həftəlik uduş fondu, ümumi məbləği 5000 AZN təşkil etməklə, 160 ədəd hədiyyə kartından və final oyunda oynanılan bir əsas mükafatdan – Mançester şəhərinə səyahət paketindən ibarətdir.
Lotereyada iştirak etmək üçün "KOD" yazıb 5555 nömrəsinə SMS göndərmək yetərlidir. Bu zaman "Bakcell"dən abunəçiyə Ulduzum proqramının L’occitane, Katv1, Domino’s Pizza, Kids World, Tusi-Bohm Planetarium, Poppy gallery, Karen Millen, Megafun, Flo, Puma kimi tərəfdaşlarından birində istifadə etmək üçün Ulduzum kodu gələcək. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 10 AZN olmalıdır. Qeyd olunan tərəfdaşların mağazalarında edilən hər 10 AZN məbləğində alışın müqabilində Bakcell abunəçiləri avtomatik olaraq Ulduzum lotereyasında iştirak etmək üçün imkan qazanacaqlar. Etdikləri alışların sayından asılı olaraq, Bakcell abunəçiləri həftəlik və final lotereya oyunlarında iştirak etmək imkanlarının miqdarı barədə məlumat mesajı alacaqlar.
Ulduzum lotereyası 10 yanvar 2017-ci il tarixindən 21 mart 2017-ci il tarixinədək keçiriləcək. Bu müddətdə həftəlik uduşların nəticələri hər Çərşənbə axşamı elan ediləcək. Həftənin qalibi olmuş istənilən iştirakçı eyni zamanda lotereyada oynanılan əsas mükafatın şanslı qalibi ola və Mançester şəhərinə səyahət edə bilər. Lotereyanın final oyunu 27 mart 2017-ci il tarixində keçiriləcək.
Qeyd edək ki, Ulduzum proqramının 220-dən çox partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 2000000 nəfərdən çox abunəçisi var.