Bakı böyük uğurlara imza atıb Siyasət

Bakı böyük uğurlara imza atıb

Azərbaycan dövlətinin potensialı regional ölkə olmaq statusundan "Əsrin müqaviləsi" imzalandıqdan sonra çıxıb beynəlxalq status aldı.
Azərbaycan bu statusa uyğun olaraq bu illər ərzində bir sıra beynəlxalq tədbirlər keçirdi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Evroviziya müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, Formula-1 yarışları bu qəbildəndir:

"Hazırda da daha böyük tədbirə COP29-a hazırlaşır. Bu tədbirlər Azərbaycan dövlətinin güc və iradəsinin göstəricisidir. Bir çox dövlətlər belə tədbirlərin öz ölkələrində keçirilməsini arzu edirlər. Amma bunun üçün ilk növbədə dövlət kimi beynəlxalq arenada nüfuz sahibi olmaq lazımdır. Bu məsələlərin maddi və təşkilatçılıq xüsusiyyətləri isə ayrı mövzudur. Bakı bu tədbirlərə ev sahibliyi etməklə özün müasir dünya təfəkkürünü nümayiş etdirir.
Müasir dünyanın istər humanitar, siyasi, istərsə də hərbi tədbirlərinə öz töhfəsini verir. Bu tədbirlərin rəngarəngliyinə öz çalarlarını qatır, onları daha maraqlı, daha diqqətəlayiq edir.
Formula-1-də o tədbirlərdəndir ki, idman dünyası bunu maraqla izləyir. Dünyanın bir çox ölkələrində vaxtı ilə keçirilmiş bu tədbir uzun müddətdir ki, Bakıda keçirilir. Ölkə və dünya idman ictimaiyyəti bu yarışları keçirən şəhərlərə xüsusi diqqət göstərir. Onların adları elit yarışlar keçirən ölkələr arasında çəkilir, həmin ölkənin imicini artırır.

Hesab edirəm ki, Azərbaycan dövlətinin adının xüsusi çəkisi olan ölkələr arasında çəkilməsi bu tədbirlərin keçirilməsindəki çətinliklərə dəyər".

Cavid