“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
8 Oktyabr 2024 14:45
4 949
“Əvvəlcə ekoloji cinayətlərə görə, Cinayət Məcəlləsində 28-ci fəsil var idi, orada 247 və 261-ci maddələr bu sahədə törədilən cinayət əməllərinə görə məsuliyyət nəzərdə tuturdu, həmin əməllərin dairəsi müəyyənləşirdi. İndi biz 16-cı fəsilə, yəni sülh və insanlıq əleyhinə cinayətlər fəslinə ekosid cinayəti daxil edirik. Yəni artıq o fərqli kateqoriyalı cinayət kimi nəzərdə tuturuq”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili həmçinin bildirib: “Bu, insanlıq əleyhinə soyqırımı cinayətlərindən sonra gəlir. Yəni 104-1-ci maddə- ekosid: bitki və heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi və bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Tutaq ki, Cinayət Məcəlləsinin ekloji cinayətlər bölməsində 250-ci maddə var. Orada su mənbələrinin çirkləndirilməsi heyvanların kütləvi ölümünə səbəb olarsa, bir neçə cəza növü nəzərdə tutulur. Amma azadlıqdan məhrumetmə növündə cəza cəmi 2 ilə qədərdir. Bunu ona görə diqqətinizə çatdırıam ki, biz mütləq həmin ekoloji cinayətlər fəslinə yenidən diqqət yetirməliyik, orada müvafiq düzəlişlər edilməlidir, yaxud müəyyən məsələlər oradan çxıarılmalıdır. Bir də ekosiddə ekoloji fəlakətin baş verməsi. Ekoloji fəlakətin anlayışı ekoloji təhlükəsizlik haqqında qanunda verilir ki, ekoloji fəlakət nədir. Amma, doğrusu o anlayışla təkrar tanış oldum, çox da aydın olmayan bir anlayışdır. Amma cinayət hüququ termin kimi, qanunvericilik texnologiyasına uyğun olaraq “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununda da qeyd olunur ki, biz sətiraltı mətndən istifdə edib, ekoloji fəlakətin nə olmasını aşağıda qeyd edə bilərik, həqiqətən aydınlıq gəlsin ki, ekoloji cinayətlər nədir, ekosid nədir”.
2 Noyabr 18:46
1 218
2 Noyabr 11:24
1 393
1 Noyabr 17:13
1 820