
Rövşən Rzayev: "Həmsədr ölkələr Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəstək olmalıdırlar"
Cümşüd Nuriyev: "Hazırkı vəziyyətdə Ermənistanda həm şəhidimiz, həm də əsirimiz var"
Üzeyir Cəfərov: "Elnur Hüseynzadənin tez bir zamanda geri qaytarılmasına nail olmalıyıq"
Ermənistanın cəbhə xəttində təxribat xarakterli addımları davam edir. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə girov götürülüb. Bundan başqa şəhid Çingiz Qurbanovun cəsədini qaytarmayan ermənilər növbəti rəzilliyə imza atırtlar. Həmçinin cəbhə xəttində təxibatları davam etdirməklə danışıqlar prosesini pozurlar.
Məsələyə münasibət bildirən millət vəkili Rövşən Rzayev deyib ki, Ermənistanın növbəti "əsir" təxribatı hərbi münaqişə başlandığı zaman digər dövlətləri bura cəlb etmək məqsədi daşıyır. Millət vəkilinin sözlərinə görə, Ermənistan digər mövqelərimizi atəşə tutmaqla beynəlxalq aləmə əksini göstərməyə çalışır: "Dağlıq Qarabağ işğal altında saxlanırsa, o zaman Ermənistan Tovuz-Qazax istiqamətində niyə təxribatlara əl atır, atəşkəsi pozur? Çünki, Tovuz-Qazax Ermənistanla sərhəddə yerləşir. Ermənistan bir çox istiqamətlərdə təxribata əl atmaqla guya Azərbaycanın onları atəşə tutduqlarını digər dövlətlərə, eləcə də beynəlxalq aləmə göstərmək istəyirlər".
Ermənistan tərəfinin şəhid Çingiz Qurbanovun meyitinin qaytarmamasına toxunan R. Rzayev qeyd edib ki, Azərbaycan parlament nümayəndə heyəti bu problemi AŞPA-da bütün səviyyədə qaldırıb: "Bütün Avropa ölkələrini məsələ ilə bağlı ədalətsiz yanaşma göstərdikləri diqqətə çatdırılsa da, hələ də düşmən ölkəyə qarşı bununla bağlı lazımı etiraz və narazılıqlar bildirilməyib. Bu, bir daha ikili standartlığı sübut etmiş olur. Məhz bunun nəticəsidir ki, Ermənistan növbəti dəfə "əsir" təxribatına əl atıb. Hazırkı vəziyyətdə ATƏT-in Minsk qrupu çərçivəsində olan həmsədr ölkələr bəyanatlar verməli, məsələnin həllinə dair Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəstək olmalıdırlar. Minsk qrupu çərçivəsində olan dövlətlərin rəhbərləri məsələni pisləməli, mənfi fikirlərini bildirməlidirlər. Lakin çox təəssüf ki, biz bunları eşitmirik. Ümumiyyətlə, Ermənistan işğalçı dövlətdir və bu siyasətini uzun illərdir ki, Azərbaycana qarşı davam etdirir, ayrı-ayrı yerlərdə problemlər yaradırlar".
Politoloq Cümşüd Nuriyev diqqətə çatdırıb ki, dünyada beynəlxalq hüquq termini var və ona əməl etmək hər bir dövlətin borcudur: "Dünyada çox az dövlət var ki, onlar buna əməl etmir və onlardan da biri Ermənistandır. Bu da düşmən ölkənin xislətinə uyğun bir addımdır". Politoloq qeyd edib ki, beynəlxalq konvensiyalara görə, bütün hallarda, hətta əsir düşmüş mülki şəxs olsa belə o geri qaytarılmalıdır: "Onların bu addımı insan oğurluğudur. Adətən müharibə şəraitində kəşfiyyat hansısa informasiyanı oğurlayır, hanısaısa mülki şəxsi oğurlamaqla nə əldə etmək olar? Bütün bunların arxasında Azərbaycana təzyiq etmək məqsədi dayanır".
Aprel ayında Ermənistanda referendum seçkilərinin keçiriləcəyini xatırladan C. Nuriyev qeyd edib ki, düşmən ölkə rəhbərliyi prezident üsul idarəsini dəyişdirərək, parlament üsul idarəsinə keçmək və baş nazir statusunda Ermənistana rəhbərlik etmək niyyətindədir: "Buna görə də Sarkisyan hər cür şərəfsizliyə əl atır ki, bu da onlardan biridir. Bilirsiniz ki, artıq bir aydan çoxdur şəhidimizin meyiti onlardadır və geri vermirlər. Bu, təbii ilk dəfə deyil. Çünki, bundan öncə Ermənistan Mübariz İbrahimovun və Fərid Əhmədovun meyitini uzun müddət saxladıqdan sonra geri qaytardılar. Hazırkı vəziyyətdə Ermənistanda həm şəhidimiz, həm də əsirimiz var. Ermənistan bu cür hərəkətlərlə qəhrəmanlıq etdiyini düşünür. Lakin meyitin üzərində qələbə çalmaq ancaq şərəfsiz və qorxaq insana məxsus olan hərəkətdir ki, düşmənimiz bunda da şou düzəltməyə çalışır. Biz fikirləşirik ki, bəlkə Ermənistan bütün bu məsələlərdən bir nəticə çıxarar. Amma bu millət düzələn deyil. Onların məşhur yazıçısı belə 1910-cu ildə yazırdı ki, ermənilərin qanı ana bətnində korlanır. Bu baxımdan Ermənistandan humanist addım gözləmək bəlkə də ağılsızlıq olar. Amma burada ən çox təsir edən məqam dünya dövlətlərinin ikiüzlü siyasət yürütməsidir. Nə vaxta qədər onlar belə siyasət yürüdəcəklər? Sanki hazırda xristian həmrəyliyi hökm sürür ".
Hərbi ekspert Üzeyir Cəfərov isə vurğulayıb ki, ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar yayıldıqca, məsələnin bəzi detalları artıq aydınlaşmağa başlıyır: "Bizim Müdafiə Nazirliyinin hadisə ilə bağlı mövqeyini yəqin ki hamı oxuyub və bilir. Məni ən çox maraqlandıran və diqqətlə izlədiyim Ermənistan mətbuatının sərgilədiyi mövqedir. Gözləyirdim ki, bunlar adı çəkilən Elnur Hüseynzadəni kamera və mikrofon qarşısına çıxarıb ondan "çox qiymətli" "hərbi və dövlət sirrlərini" göstərəcəklər. Bu saata və dəqiqəyə kimi, bədnam qonşularımız girov götürdükləri vətəndaşımızla bağlı hər hansı bir sübutedici fakt və ya etirafedici məlumat əldə edə bilmədiklərinə görə, çox gərgin vəziyyətdədirlər. Doğrusu mən bilməzdim ki, Ermənistan MN-nin sözçüsü, öz yalan-palanları ilə hətta öz xarabasında zərrə qədər hörməti olmayan Artsrun Hovhannisyan bizim Azərbaycan dilini belə "gözəl" bilir". Ekspertin sözlərinə görə, bu şəxs fevralın 1-də Elnur Hüseynzadənin anasının yerli mətbuata verdiyi videoaçıqlamanı rəsmi olaraq Ermənistan MN-nin mövqeyi kimi paylaşaraq, ona özünəməxsus şəkildə rəy, mövqe bildirib: "Bu həyasız gədə çox uzağa gedərək reallıqdan uzaq olan bəzi məsələlərə də toxunub. Dünən mən bəzi irad və narahatçılığımı ifadə edəndə məhz bu amili nəzərdə tuturdum ki, Bakıda dərc olunan ən xırda onlayn sayt və ya çap mətbuatında yerləşdirilən xəbərdən belə düşmənlər bizim öz əleyhimizə istifadə etməyə çalışırlar və onların da əsas məqsədlərindən biri və bəlkə də birincisi budur. İnformasiya müharibəsində fikir formalaşdırmaq. Bu həyasızlar hərb sahəsində o qədər savadsız və o qədər primitiv açıqlama verirlər ki, bəzən onların diletant açıqlamaları beynəlxalq səviyyədə də özünə yer tapır və Azərbaycana qarşı istifadə olunur.
Fikir verin, bunlar bizim vətəndaşı diversant kimi təqdim edirlər. Əgər bunların olmayan ağlı ilə fikirləşsək ki, həqiqətən də bizim keçmiş hərbçimiz, Elnur Hüseynzadə düşmənin ərazisinə diversiya-təxribat törətməyə gedirdisə, ən azından onunla 5-8 nəfər yol yoldaşı da olmalı idi. İkincisi də, bu bədbəxtlər nə vaxtdan Azərbaycanın işğal altında olan torpaqlarını öz ərazisi kimi qələmə verirlər ki, guya biz öz ərazimizdə diversantları tapşırıq icra etməyə göndəririk? Torpaq bizim, ərazilər müvəqqəti işğalda. Bunu hamı gözəl bilir. Düşmən bizim bəzən onların ağzının üstündən vurmamağımızdan, baş vermiş hadisə ilə bağlı emosianal, tələsik fikirlərimizdən istifadə edib, öş çirkin informasiya siyasətini həyata keçirir. Sözsüz ki, baş vermiş hadisə hər birimizi çox üzür. Ancaq sizi inandırmaq istərdim ki, bizlərdən daha çox həm mənəvi, həm də maddi əzab çəkən bizim Müdafiə Nazirliyinin yetkililəridir.
Mən bilirəm ki, baş vermiş hadisə onları da hədsiz dərəcədə çox narahat edir. Nə olur-olsun, xahişim və istəyim ondan ibarətdir ki, gəlin bir az səbr nümayiş etdirək. Öz rəsmi qurumumuzun məlumatları ilə paralel öz işlərimizi quraq. Sosial şəbəkə istifadəçisi olan dostlardan və tanışlardan, həmkarlarımdan da acizanə xahişim budur ki, son dərəcə ehtiyatlı və emosiyasız fikirlər yazsınlar. Düşmən yatmır. Ən xırda detallardan belə istifadə etməyə çalışır. Şəxsən, mən onun tərəfdarıyam ki, indi bütün güc və işlərimiz ona hesablanmalıdır ki, Elnur Hüseynzadənin tez bir zamanda geri qaytarılmasına nail olaq. Onu hamıdan çox doğmaları və yaxınları gözləyir. Onu da bilirəm ki, əvvəlki illərin təcrübəsi və nankor erməni xislətini bilən və ona bələd olan bir şəxs kimi deyə bilərəm ki, xaçiklər ondan öz çirkin məqsədləri üçün çox istifadə etməyə çalışacaqlar. Yaxın saatlarda və ola bilsin bir-iki günə onlar Elnur Hüseynzadəni əməlli-başlı fiziki və psixoloji istiqamətdə ən sərt şəkildə qorxudacaq və ondan bəzi " faktlar" qoparıb kamera və mikrofonlar vasitəsiylə dünyaya yaymağa çalışacaqlar. Bu erməni əxlaqına uyğun bir "kişilikdir". Bu həssas məqamda gəlin öz fikir və şərhlərimizlə həm girovluqda olan vətəndaşımızın ailəsinə, doğmalarına hansısa zərər yetirməyək, eyni zamanda rəsmi qurumların, xüsusən Müdafiə Nazirliyinin nüfuzuna xələl gətirə biləcək mövqedən, münasibətdən bir qədər uzaq olaq.Tanrı Azərbaycanımızı qorusun. Tanrı Silahlı Qüvvələrimizə hər bir işlərində yardımçı olsun".
Əli