General əmindir Siyasət

General əmindir

"Düşmənin bütün mövqelərini darmadağın edərik"

"Düşmən tərəfi daim təxribatlara əl atır. Onlar hətta bir neçə dəfə ön xətti keçməyə cəhd ediblər və hamısında kəşfiyyat-diversiya qrupları məhv edilib".
Bunu sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər erməni kəşfiyyat-diversiya qruplarının fəallaşmasına münasibət bildirərkən deyib.
Ehtiyatda olan general-leytenant bildirib ki, diversiya qrupları heç bir nəticə əldə edə bilməyəcək: "Onlar Azərbaycan ordusunun ön xəttdəki mövqeyini sarsıda bilməz. Bütün bu təxribatlar Sarkisyanın öz xalqını aldatmaq niyyətindən irəli gəlir. Ermənistanda olan etirazları sakitləşdirmək üçün cəbhədə vəziyyətin gərginləşdirirlər. Bunlar Ermənistanda etiraz edənlərin diqqətini cəbhəyə yönəltmək üçün atılan addımlardır. Sarkisyan hakimiyyəti özünün korrupsiya faktlarını gizlətmək üçün bu cür addımlar atır".
Y.Aydəmirov qeyd edib ki, hər an düşməndən təxribat gözləmək lazımdır: "Onların bütün təxribatları bunun sübutudur. Görünür, ermənilər bizdən daha böyük zərbə gözləyirlər. Lazım olarsa, düşmənin bütün postlarını darmadağın edən zərbələr vurarıq".