22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
24 Noyabr 2024 17:16
3 227
Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası öz işinə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, noyabrın 22-dən 25-nə qədər keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Alyansın müdafiəsinin gücləndirilməsi, NATO-nun tərəfdaşlıqlarının gələcəyi, eləcə də Qlobal Cənub və Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Qara dəniz regionu təhlükəsizliyi, Çindən irəli gələn təhdidlər, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Milli Məclisin nümayəndə heyəti və Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin NATO PA-nın Baş katibi Ruxandra Popa və Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğlu ilə də görüş keçirib.
22 Dekabr 21:39
980
22 Dekabr 20:49
1 036
22 Dekabr 19:01
1 099