EPF: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb
Azad edilmiş ərazilərdə 10 mindən artıq sakinin məşğulluğu təmin edilib
10 Dekabr 2024 18:44
3 171
Azərbaycan Suriyada baş verən prosesləri izləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə bəyanatında bildirilib.
Qeyd edilib ki, bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.
"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.
Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir.
Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.
Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır", - XİN-dən vurğulanıb.