“Böyük dövlətlər qırğınlara göz yumub“ Siyasət

“Böyük dövlətlər qırğınlara göz yumub“

"XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırımı hadisələrini unutmamalıyıq". Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
"Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumub, hadisəni törədənlər isə cəzasız qalıb. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törədiblər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq. Beynəlxalq birlik və böyük dövlətlər isə ədalətli mövqe tutmalıdır"-deyə, PA rəsmisi bildirib.