“NATO da dolayı yolla münaqişənin həllində maraqlıdır” Siyasət

“NATO da dolayı yolla münaqişənin həllində maraqlıdır”

Məhəmməd Əsədullazadə: "Rusiyanın rsgiondan çıxarılması üçün ilk növbədə Qarabağ münaqişəsi tez həll olunmalıdır"

"XİN rəhbərlərinin Avstriya görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi əsas danışıqlar predmeti olacaq". Bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, nazirlərin görüşünün təşkili ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona ötən ay səfərində əldə olunmuş razılığa əsasən keçirilir: "Təbii ki, XİN rəhbərliyi səviyyəsində aparılan danışıqlar prosesi heç bir müsbət nəticə ilə sona çatmır. Keçiriləcək bu görüş də, digər görüşlər kimi analoji olacaq. Qeyd edək ki, münaqişənin həlli onda müsbətə yaxınlaşar ki, Ermənistan "Yenilənmiş Madrid prinsiplərini" qəbul edib, prezidentlər səviyyəsində görüşlər keçirsin. Hazırda, belə bir siyasi mühit yoxdur. Real danışıqlar üçün ilk növbədə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü lazımdır. Ermənistan tərəfindən Qarabağ problemində əsas söz sahibi məhz rəsmi Kremldir. Ermənistan prezidenti Serj Sarkisyan bütün müstəqillik imkanlarını Moskvanın öhdəsinə buraxıb. Xüsusilə qeyd edim ki, Azərbaycan Ermənistan hakimiyyəti və erməni xalqı qarşısında Aprel hərbi eskalasiyasından sonra psixoloji qələbə qazanıb. Ermənistan ordusu daima işğal olunmuş ərazilərdə məğlubiyyətə uğramaq panikası ilə üz-üzədir. Aprel döyüşləri Ermənistanın 20 illik "qalibiyyət" eyforiyasına son qoyub". Politoloq deyib ki, Ermənistan rəhbərliyinin apardığı siyasət və Moskvanın münaqişənin həllinə mane olması, yeni hərbi əməliyyatların başlanmasını yaxınlaşdırır: "Ötən həftə Rusiya Azərbaycana əvvəlcədən imzalanmış memaranduma uyğun olaraq yeni silah partiyalarını göndərdi. Bura tank əleyhinə raketlər və öldürücü silahllarda daxildir. Təbii ki, Ermənistanın strateji müttəfiqi olan Rusiyanın müasir silah sistemlərini Azərbaycana satması işğalçı Ermənistan rəhbərliyində ajiotaja səbəb oldu. Bununla bağlı müdafiə naziri Vigen Sakisyan və digər rəsmlərin açıqlamaları narahatlğın ifadəsidir. Rusiya bu silahlardan Ermənistana verməsi real görünmür. Çünki bu silahllar baha qiymətədir". Məhəmməd Əsədullazadə hesab edir ki, yalnız rəsmi Kreml kommersiya maraqlarına uyğun bu silahlardan valyuta qazanır: "Göründüyü kimi, müttəfiqi olan Rusiya Ermənistana ölkəmizə satdığı silahlardan vermir. Hazırda yüksək səviyyədə danışıqların dayanması, təbii ki, uzun vaxt çəkməyəcək. Ermənistanda hakimiyyət dəyişikliyidə gözlənilir. Səlahiyyəti öz əlinə alan Baş nazir Serj Sarkisyan olacaq, prezident isə indiki baş nazir Karen Karapetyanın olacağını istisna etmirəm. Çünki, Rusiya tərəfindən bu ölkəyə göndərilən Karapetyan strateji postda qalmalıdır. Ermənistanda daxili siyasi vəziyyət daima kövrək olub. Azərbaycanın yeni hərbi əməliyyatları bu ölkədə siyasi böhranı dərinləşdirə bilər. Ermənistan konstitusiyasıns uygun gələn ildən formalaşacaq yeni hakimiyyətdən Azərbaycan tam olaraq sərt xətti davam etdirib konstruktiv mövqe tələb edəcək. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan konfidensial diplomatik danışıqlar apararaq, yeni hərbi əməliyyatları başlaması yuxarıda qeyd etdiyim kimi, Ermənistanda daxili siyasi sabitliyi pozacağına görə bir müddət gözləmə mövqeyi tuta da bilsin. Azərbaycan bununla Ermənistana bir daha şans vermiş olur. Buna baxmayaraq, işğalçı ölkənin cəbhədə yeni təxribatçı hərəkətləri, artilleriyadan istifadəsi cavabsız qalmayacaq. Bir müddət bu kimi təxribatlar davamlı olsa, lokal hərbi əməliyyatlar başlaya bilər. Qarşıda son iki ay var. Bu iki ay hərbi əməliyyatların aparılması üçün çox uyğun vaxtdı. Ola bilər ki, Azərbaycan yenidən Ermənistana bu aylar ərzində ciddi təzyiqlər etsin. İşğalçı ölkə təzyiqlərlə üzləşməyincə daha da aqressivləşir". Politoloq onu da deyib ki, Cənubi Qafqaz regionunda NATO Gürcüstan üzərindən siyasət aparır: "NATO-da dolayı yolla münaqişənin həllində maraqlıdır. Rusiyanın rsgiondan çıxarılması üçün ilk növbədə Qarabağ münaqişəsi tez həll olunmalıdır. Ona görə də Ermənistanın işğalçı siyasəti NATO-nun regionda siyasətini sabotaj edir, təhlükəsizlik siyasətinin qarşısını alır. Alyans əvvəl-axır regionda olduğu üçün münaqişənin həllində vacib rol oynayacaq. Təbii ki, beynəlxalq hüquq normalarına uyğun olaraq, NATO Azərbaycanın prinsiplərinə əsaslanacaq".