Finlandiyada Rusiya sərhəddi yaxınlığında artilleriya təlimləri başlayıb Dünya

Finlandiyada Rusiya sərhəddi yaxınlığında artilleriya təlimləri başlayıb

Bu gün Finlandiya Rusiyadan 100 kilometr məsafədə, ölkənin şimal hissəsində 2,2 mindən çox hərbçi və 500 hərbi texnika vahidinin iştirakı ilə artilleriya təlimlərinə başlayıb.

APA xəbər verir ki, bu barədə Finlandiyanın quru qoşunları məlumat yayıb.

Məlumata görə, təlimlər “Northern Strike 225” adı altında keçirilir və Laplandiyada, Qərbi Avropanın ən böyük poliqonlarından biri sayılan Rovayarvi poliqonunda təşkil olunub. Təlimlərin noyabrın 25-dək davam edəcəyi planlaşdırılır.

Təlimlərə Polşadan da hərbçilər qatılıb. Bildirilir ki, hərbiçilər erkən qış şəraitində atış məşqləri keçirəcək, müxtəlif idarəetmə səviyyələrinin koordinasiyasını və atəş əməliyyatlarını sınaqdan keçirəcəklər.