

Azərbaycanın ev sahibliyi ilə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci zirvə görüşü keçirilib. Zirvə görüşündə ev sahibi Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhman, Pakistanın baş naziri Şahbaz Şərif və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iştirak ediblər. İclaslarda mühüm qərarlar qəbul edilib. Effektiv müqavilələr bağlanıb, səmimi arzular dilə gətirilib.
Qazaxıstan və Türkmənistan prezidentləri isə zirvə görüşündə iştirak etməyib. Bu ölkələr Baş nazir və Baş nazirin müavini səviyyəsində təmsil olunublar. İki prezidentin bu mühüm zirvə görüşünə gəlməməsinin iki əsas səbəbi var:
Birincisi, son günlər Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik və bununla bağlı baş verən hadisələrdir.
2022-ci ilin yanvar ayında Qazaxıstanda meydana gələn etiraz və nümayişləri yatırtmaq bəhanəsi ilə keçmiş sovet respublikaları arasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsis müqaviləsinin 4-cü maddəsinə əsasən 2500 rus əsgəri Qazaxıstana daxil olub və məskunlaşıb. Əslində, bu təşkilat kollektiv təhlükəsizliyi müəyyən edən və üzv ölkələrdən birinə qarşı təhdidə ittifaqın cavabını qanuni hesab edən quruluşdur. Bu, Rusiya hegemonluğunu möhkəmləndirmək üçün bir vasitədir. Bu yolla Rusiya Türküstanda təsrini artırmaqdadır. Qazaxıstanın çəkingənliyinin bir səbəbi Rusiya ola bilər.
Türkmənistanın dövlət himnində “tərəfsizik” ifadəsi var. Rusiya ilə Azərbaycan arasında gərginliyin yaşandığı bir vaxtda dövlət siyasəti kimi qəbul etdikləri tərəfsizlik prinsipini də nəzərə alsaq, zirvə görüşünə qatılmamalarına Rusiya faktoru səbəb ola bilər. Türkmənistana "Biz sizin tərəfinizdəyik, siz də bizimsiniz" deyirik. Bunu hər zaman çox gözəl izah etməyimiz lazımdır. Üstəlik, Türkiyə türklərinin təxminən 45 milyonu türkmənlərdir.
Qazaxıstan və Türkmənistanın zirvə görüşünə qatılmamasının ikinci mühüm səbəbi FETÖ faktorudur. Fetönün 1991-ci ildən türk coğrafiyasında yetişdirdiyi kadrlar dövlət səviyyəsində çox mühüm vəzifə və yer tutmağa başlayıb. Dövlət siyasətində təsirli olmaqdadır. Bu baxımdan Qazaxıstan ən çox risk altında olan ölkələrdən biridir. FETÖ Özbəkistanda ciddi təhlükə səviyyəsindədir. Yaxın vaxtlarda Türkiyə və Türkiyə türklərinin Qazaxıstandakı fəaliyyətlərində ciddi məhdudiyyətlər görə bilərik. Bu baxımdan təhlükənin böyüklüyü bütün Türk Cümhuriyyətlərinə izah edilməlidir.
Türkiyədə də FETÖ bu gün ciddi irəliləyişlər əldə edib. O, dövlət səviyyələrinə sızma yolu ilə yenidən daxil olub, böyüməkdə və yuxarı səviyyələrə dırmaşmaqda davam etməkdədir. Bu sızma hərəkətlərini bir neçə yolla həyata keçirir. Ən mühüm kadr təminatı bu gün dövlət səviyyələrində və qurumlarında ən böyük təsirə malik olan İslam icmasına sızaraq və ondan istifadə etməklə həyata keçirilməkdədir. Kadr təminatında və yuxarı səviyyələrə yerləşməkdə istifadə edilən digər vasitələr isə səlahiyyət sahibləri ilə qurduqları qohumluq, dostluq, yoldaşlıq və mənfəət münasibətləridir. FETÖ-nun sərmayəsi də yenidən canlanıb.
Silahlı Qüvvələr və Polis Təşkilatı vaxtaşırı öz strukturları daxilində sızma və kadr formalaşmasına qarşı qismən əməliyyatlar təşkil edir. Amma digər təşkilatlarda belə tədbirlər yoxdur. Hər səviyyədə FETÖ öz yerini tuta bilər. Ancaq sadəcə bizim deyil, türk və İslam coğrafiyasının da FETÖ-nun aradan qaldırılmasında Türkiyənin rəhbərliyinə ehtiyacı var. Həsən Sabbah hərəkatı ancaq 300 ildən sonra aradan qaldırıla bildi. Əgər bu nəzərə alınmasa, bu baxımdan böyük problemlər yaşaya bilərik. Türk dövləti güclüdür. Sonunda bunun öhdəsindən gəlir, amma Türk millətinin yenidən 252 şəhid, 2734 qazi verməyə səbri yoxdur.
Türk Cümhuriyyətlərində daxili və xarici təhlükələrlə bağlı əməkdaşlıq və işlərə önəm verilir. Bu xüsusda, təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlıq müqavilələri və birgə fəaliyyətlər mövcuddur. Bundan əlavə, yeni planlar üzərində işləmək olar. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik, daxili və xarici təhdid və təhlükələrə qarşı hərbi əməkdaşlıq bölməsi yaradıla bilər. Azərbaycanda başda olmaqla Türk Sülh Qüvvələri ehtiyac duyulan ölkələrdə və şəhərlərdə xidmət göstərə bilər.
Professor Seyit Aydın