Sumqayıtda uçqun altında qalaraq ölən fəhlə ilə bağlı araşdırma aparılır - YENİLƏNİB-2 Hadisə

Sumqayıtda uçqun altında qalaraq ölən fəhlə ilə bağlı araşdırma aparılır -  YENİLƏNİB-2

İyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

***

13:58

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

APA FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

13.40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

12.50

Sumqayıtda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb. Tikinti aparılan zaman orada çalışan fəhlə, 20 yaşlı Ariz Ağayarov baş verən torpaq uçqunu altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda uçqun altında qalaraq ölən fəhlə ilə bağlı araşdırma aparılır - VİDEO  - YENİLƏNİB-2